Almaniya Federativ Respublikasının cinayət polisi Federal idarəsinin əməkdaşları ölkə ərazisində mütəşəkkil cinayətkarlıqda mühüm rol oynayan Çeçenistan və Şimali Qafqazdan olan təxminən 25- nəfərin izlənilməsini təşkil edib.

PRESSDAY.az bildirir ki, bu haqda “Frankfurter Allgemeine Zeitung” qəzeti yazıb.

Federal idarənin mütəşəkkir cinayətkarlıqla mübarizə üzrə şöbəsinin rəhbəri Mixael Naqelin sözlərinə görə, əgər əvvəl Çeçenistandan olan kriminal ünsüerlər digər cinayətkar qruplaşmaların sifarişini yerinə yetirirdilərsə, bu gün daha çox icraçı rolundan çıxaraq kriminal biznesin müxtəlif sahələrinə aqressiv müdaxiə edirlər.

“Çeçen qruplaşmasının nümayəndələri bu gün Berlində xeyli dərəcədə narkotika ticarəti sahəsində nəzarəti ələ keçiriblər. Hüquq-mühafizə orqanları Çeçenistan və Şimali Qafqazdan olan ümumilikdə 200-250 nəfərə nəzarət edir”, - Markus Vener məqaləsində yazır.

“Almaniya hüquq-mühafizəçiləri ölkədəki çeçen qruplaşmalarının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla şəxsi və sıx maliyyə əlaqələrinin olduğunu qeyd edir. Şimali Qafqaz və Çeçenistandan olan cinayətkar qruplaşmalarının təhlükəlilyini qiymətləndirməmək mümkün deyil”, - məqalədə vurğulanır.

Məlumata görə, Almaniyada terror əleyhinə keçirilən əməliyyat zamanı İraq-Şam İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinin 14 çeçen saxlanılıb.

Xatırladaq ki, Çeçenistandan olanlar yalnız Almaniyada narahatlıq yaratmırlar.

Məsələn, çeçenlər Fransada toy zamanı onların maşın karvanına yol verilmədiyinə görə atəş açmışdılar.



XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest

loading...